Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, bu ziyarətə hazırlıq məsələsi Türkiyə hökumətinin aprelin 16-da keçiriləcək toplantısının gündəliyinə daxil edilib.
Qeyd edək ki, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Bağdada nəzərdə tutulan səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikası fonunda baş tutacaq.
Türkiyə lideri bir müddət əvvəl bəyan etmişdi ki, bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi öz həllini tapacaq. Ehtimal edilir ki, əməliyyatın məqsədi İraqın şimal rayonlarını 40 km dərinliyə qədər PKK terrorçularından təmizləmək olacaq. (Report)
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ