İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn QALMAQALI - Türkiyəli nazir yayılan iddialara CAVAB VERDİ

Azyaşlı qız uşaqlarını milyarderlərə satmaqda günahlandırılan Cefri Epşteyn qalmaqalından sonra dünyada itkin düşən uşaqlar gündəmə gəlib. Belə ki, Türkiyədə baş verən dəhşətli zəlzələlərdən sonra uşaqların itkin düşməsi ilə bağlı iddialar da səsləndirilir. C.Epşteynin pilotu Nadya Marçinko qızların Türkiyədən ABŞ-a qaçırıldığını bildirib. 

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş zəlzələ qurbanlarının itkin düşməsi ilə bağlı iddialara cavab verib:

"1912 uşaqdan birinin belə itkin düşməsi mümkün deyil. Uşaqların şəxsiyyətinin müəyyənləşdirilməsini Səhiyyə, Daxili İşlər, Ədliyyə və Ailə nazirlikləri birlikdə aparıb".

Xatırladaq ki, 14-18 yaşlarında onlarla qıza qarşı cinsi istismarda günahlandırılan Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb.

Epşteynin sevgilisi Gislayn Maksel də azyaşlı qızları öz tələsinə salmaqda günahlandırılaraq məhkəmədə təqsirli bilinib. 

Digər tərəfdən, Epşteynin qurbanlarından olan Virciniya Giuffre 2021-ci ildə məhkəməyə müraciət edərək, Şahzadə Endryunun 17 yaşında olarkən Nyu-York və Londonda ona təcavüz etdiyini iddia edib. Giuffre bildirib ki, Şahzadə onun yetkinlik yaşına çatmadığını bildiyi halda onun razılığı olmadan ona cinsi təcavüz edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR