İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan: Paşinyan 7 ildir ölkəni idarə edir, amma hələ də birinci sinif səviyyəsindədir

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan Ermənistanın hakim partiyasına qarşı kəskin ittihamlar səsləndirilib.

Musavat.com xəbər verir ki, Zurabyanın fikrincə, artıq yeddi ildir ölkəni idarə etmələrinə baxmayaraq, onların siyasi savadı və hazırlığı “birinci sinif səviyyəsindən yuxarı qalxmır”.

Erməni siyasətçiyə görə, baş nazir Nikol Paşinyanın beynəlxalq arenada tez-tez istehza və satiranın hədəfinə çevrilməsi təsadüfi deyil. Onun iddiasına görə, Paşinyan nə Qarabağla bağlı sənədlərdən, nə də geosiyasi reallıqlardan kifayət qədər xəbərdardır və ciddi debatlarda beş dəqiqə belə davam gətirə bilməz.

Maraqlıdır ki, Ermənistanda keçmiş prezidentləri debata çağıran elə Nikol Paşinyanın özüdür. Hər üçü bu debatlarda iştirak etməkdən boyun qaçırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR