Onlayn ictimai-siyasi qəzet
Süni intellekt artıq həyatımızın hər sahəsində geniş istifadə olunur.
O, işləri asanlaşdırsa da, bəzən aldatma və dələduzluq vasitəsinə çevrilir.
Aktyor Müşfiq Şahverdiyev Baku TV-yə açıqlamasında, onun şəkilindən istifadə edilərək mərc oyunlarının reklamında çıxış etdirilməsi ilə bağlı narahatlığını bildirib.
O, videoya inananların olduğunu və hətta qumarı təşviq etdiyi iddiası ilə tənqid olunduğunu deyib:
"İzləyicilərimin mənim haqqımda yanlış təsəvvürlərə düşməsini istəmirəm".
Eyni mövzu ilə bağlı aparılan sorğuda, paytaxt sakinləri süni intellektlə hazırlanmış görüntüləri ayırd etməyin çətin olduğunu bildirib. İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov isə gələcəkdə bu cür halların artacağını və vətəndaşların daha diqqətli olmalarının vacib olduğunu vurğulayıb./Milli.az/
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ