Onlayn ictimai-siyasi qəzet
27 sentyabr — Anım Günü ərəfəsində sosial şəbəkələrin Rusiya seqmentində təxribatlar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı diasporu xəbərdarlıq edib.
Rusiyanın Sankt-Peterburq şəhərində bəzi anonim qüvvələr sosial şəbəkələr vasitəsilə milli ədavəti qızışdırmaq cəhdinə başlayıblar.
Qeyd edək ki, 27 sentyabr Azərbaycanda Anım Günü – 44 günlük Vətən müharibəsinin başlanğıc tarixi kimi qeyd olunur. Hazırda ölkə daxilində həmin günlə bağlı hazırlıqlar davam edir.
Məlumata görə, təxribatçı qüvvələr həm azərbaycanlıları, həm erməniləri, həm də Peterburq şəhər hakimiyyətini prosesə cəlb etməyə çalışırlar. Bu isə açıq-aşkar təxribat kimi qiymətləndirilir.
Xatırladaq ki, 8 avqustda Ermənistan və Azərbaycan Vaşinqtonda döyüşlərin dayandırılması ilə bağlı birgə bəyanat imzalayıb. Rusiya Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyanın ABŞ-də keçirilən görüşünü müsbət qiymətləndirib.
Ermənistan Baş naziri Nikol Paşinyan özü də bəyan edib ki, sülhün pozulması istiqamətində müəyyən cəhdlər var.
Diaspor nümayəndələri bildiriblər ki, bu cür həssas vaxtda Peterburqdakı azərbaycanlıları və şəhər rəhbərliyini Ermənistan–Azərbaycan münasibətlərinin xarici siyasət gündəliyinə sürükləmək yolverilməzdir.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ