İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılmasındakı nailiyyətlərinə görə təltif edilib

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kanadanın Monreal şəhərində yerləşən mənzil-qərargahında ICAO Assambleyasının 42-ci sessiyası keçirilir. 181 ölkə və 53 beynəlxalq təşkilatdan 2639 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti təmsil edir.

Sessiyanın açılış gününün plenar iclasında Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılması, ICAO Standartlarının və tövsiyə olunan təcrübələrin həyata keçirilməsindəki nailiyyətlərinə görə ICAO Şurası prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib.

ICAO Assambleyasının sessiyası dövlətlərin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə üç ildə bir dəfə keçirilir. Assambleya ICAO Şurası ilə yanaşı, idarəedici orqandır və görülmüş işlərin təhlili, təşkilatın siyasətinin müəyyənləşdirilməsi və büdcənin təsdiq edilməsi üçün toplanır. Builki sessiyanın proqramına ICAO-nun son üç il ərzində fəaliyyəti barədə hesabatın müzakirəsi; ICAO Şurasına seçkilər; mülki aviasiyanın müxtəlif sahələrinə dair komitə və komissiyaların hesabatlarının müzakirəsi; təşkilatın maliyyə fəaliyyəti və növbəti illərin büdcəsinə baxılması məsələləri daxildir.

Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri planlaşdırılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR