İnsanlara hürriyət, millətlərə istiqlal!

Entoni Blinken: "ABŞ Rusiya ilə strateji hücum silahlarına dair danışıqlara hazırdır"

“ABŞ Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilə üzrə Rusiya ilə hələ də istənilən vaxt danışıqlara hazırdır”.

“Report” TASSa istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

O, Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilədə iştirakının dayandırmasına dair qərarından məyus olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsində iştirakını dayandırdıqlarını bidirib.

Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR