İnsanlara hürriyət, millətlərə istiqlal!

"Enerji içkisi verilişə sponsorluq edə bilməz"- Telekanallara müraciət

"İdman verilişlərində enerji içkilərinin reklam edilməsi yolverilməzdir. Alkoqol və siqaretin efirdə reklamı qadağan olduğu kimi enerji içkisi verilişə sponsorluq edə bilməz".

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

"Bununla insan sağlamlığı üçün təhlükəli olan məhsulun təbliğinə şərait yaratmış oluruq. Sağlam qidalanmanın təşviqi ilə bağlı xüsusi layihəmiz olacaq. Əhaliyə sağlam qidalanmanın necə olması təqdim ediləcək.  Əhalinin, xüsusilə də böyüməkdə olan gənc nəslin sağlam olmayan qidalara daha çox üstünlük verdiyini müşahidə edirik". 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR