İnsanlara hürriyət, millətlərə istiqlal!

Energetika nazirinin müavini NATO rəsmisi ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələrini müzakirə edib

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin müavini ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri və yaşıl enerjiyə keçidi müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuat xidməti bildirib.

“Azərbaycan – NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun qərargahında NATO Baş katibinin innovasiya, hibrid və kiber məsələləri üzrə müavini Ceyms Appaturai ilə görüşüb”, – nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, tərəflər Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, eləcə də Aİ-yə verdiyi töhfələr, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR