İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada artilleriya zərbəsi nəticəsində azərbaycanlı həlak olub

Ukraynanın Donetsk vilayətində azərbaycanlı ata və oğul artilleriya zərbələrinə məruz qalıblar.

Vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı, şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqar oğlu atəş nəticəsində həlak olub.

Onun atası, 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulla oğlu isə ağır yaralanıb.

Mülki şəxslər olan azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdırlar, Konstantinovka sakinidirlər.

Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR