Onlayn ictimai-siyasi qəzet
Əndican rayonundakı Əhmədəli Xoca məscidində qaz-hava qarışığının partlaması dəstəmaz binasının uçmasına səbəb olub. Səlahiyyətlilər vəziyyətin nəzarət altında olduğunu bildiriblər.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, partlayış martın 31-də saat 12:19-da Əndican vilayətinin İzbaskan rayonunun Mirzə Uluqbəy məhəlləsində yerləşən Əhmədəli Xoca məscidində baş verib. İlkin məlumata görə, 6 nəfər xəsarət alıb.
Rayonun hakimi Şuxratbek Abduraxmanovun başçılığı ilə bütün məsul şəxslər hadisə yerinə gəlib. Hazırda vəziyyət tam nəzarət altındadır.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ