İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BƏƏ-nin 6 şirkətini sanksiya siyahısına saldı

ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verən altı qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Sənədə əsasən, məhdudiyyətlər İranda PUA istehsalı ilə məşğul olan Qods Aviation Industries şirkəti üçün “İran, BƏƏ və Çində pilotsuz təyyarə komponentlərinin alınmasına cavabdeh olan altı qurum və iki fiziki şəxsdən ibarət şəbəkəyə” şamil ediləcək.

Sanksiyalar BƏƏ-də yerləşən Infracom Communication Networks FZE, Diamond Castle Electronics Trading, Phenomena International General Trading və Future Trends Goods Wholesalers LLC şirkətlərini, həmçinin Çinin Zibo Shenbo Machinelectronics və İranın Rah Roshd International Trade Exchanges Development şirkətlərini, eləcə də onun iki əməkdaşını hədəfləyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR