İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən təhlükəli xərçəng növlərindən birinin müalicəsi tapıldı

Qarvan tibbi tədqiqatlar institutunun alimləri xərçəngin ən təhlükəli növlərindən birinə - mədəaltı vəzinin adenokarsinomasına qarşı təsirli dərman tapıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın nəticələri “Nature Cancer” jurnalında dərc olunub.

Qeyd edilir ki, yeni dərman şişlərdə lifli toxuma, yəni kimyaterapiyanın effektivliyini azaldan çapıqlar şəbəkəsinə təsir göstərir. Təcrübələr zamanı PXS-5505 kimyəvi terapiya ilə birlikdə sınaqdan keçirilib. Eksperimental heyvanlarda, yalnız kimyəvi terapiyanın istifadə edildiyi qrupla müqayisədə sağ qalma müddəti 35%-dən çox artıb. Qarışıq terapiya həmçinin xərçəngin (metastazın) digər orqanlara, məsələn, qaraciyərə yayılmasını 45% azaldıb.

Hazırda maddə sümük iliyi xərçənginin müalicəsi üçün klinik sınaqların ikinci mərhələsindədir. Onun iş mexanizmi şişlərin ətrafındakı lifli toxumada kollagenin çökməsi üçün kritik olan fermentlər ailəsini bloklamaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR