İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən şiddətli döyüşlərin getdiyi nöqtələr: Rusiya bu 4 şəhəri işğal etmək istəyir

Ukrayna müdafiə qüvvələri Rusiya işğalçılarının 60-dan çox hücumunu dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri əsas səylərini Liman, Baxmut, Avdiv və Marini ələ keçirməyə yönəldib. Ən şiddətli döyüşlər Baxmut, Avdiv və Marin uğrunda gedir. Son sutka ərzində bu istiqamətdə rusların 60-dan çox hücumunun qarşısı alınıb.

Baş Qərargahdan verilən məlumata görə, ötən sutka ərzində Rusiya qoşunları Kupyan və Liman ərazilərində uğursuz hücum əməliyyatları keçirib.

Eyni zamanda, ruslar Baxmut istiqamətində eyniadlı şəhərə hücumunu davam etdirir. Avdiv və Marin istiqamətindəki hücum cəhdləri də uğursuzluqla başa çatıb. Bundan başqa, Rusiya qoşunları Şaxtyorun yaşayış məntəqələrini də atəşə tutublar.

Bundan başqa, Ukrayna müdafiə qüvvələri işğalçıların 3 nəzarət nöqtəsini, sursat anbarını, yanacaq anbarını və canlı qüvvələrinin toplaşdıqları yerləri vurub.

“Son 24 saat ərzində Hərbi Hava Qüvvələri işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 9, həmçinin zenit-raket kompleksinə 1 zərbə endirib”, - məlumatda deyilir./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR