İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən saf 3 bürc: onları aldatmaq çox asandır

Astrologiyada bürclərin xüsusiyyətlərinin insanlara təsiri ilə bağlı çoxlu mövzular var. Müvafiq olaraq, bürc əlamətləri vəziyyətə və davranışa böyük təsir göstərir. Bəzi bürclər son dərəcə hiyləgər və sayıq olsalar da, bəziləri isə hər şeyə inanaraq asanlıqla aldana bilərlər.

Ən saf 3 bürc:

BUĞA BÜRCÜ

Buğa bürcü sevdikləri insanlara xəyanət etmirlər. Həyatındakı insanlara və işinə bağlı olur. Buğa bürcləri heç kim haqqında mənfi düşünmürlər. Onlar hər şeyi olduğu kimi yaşayır.

Buğa bürcünün həyatında kiçik yalanlara belə yer yoxdur. Onlar həmişə dürüstlükləri ilə seçilirlər. Buğa bürcü etibarlı olduqları üçün ətrafdakı hər kəs onlardan dəstək alır. Bu səbəblə yalan danışmağı son ehtimal olaraq görürlər. Onlar inam qazanmağa çalışanların bir və ya iki hərəkəti ilə ən asan aldadılan bürclərdən biridir.

QIZ BÜRCÜ

Zahirən qızlar digər bürclər kimi emosional olmasalar da, daxildə kifayət qədər həssas ola bilərlər. Onlar həddindən artıq təhlil etməyə meyillidirlər.

Qız bürcləri başqalarını tənqid etdikləri kimi özlərini də tənqid etməyə çox əhəmiyyət verirlər. Bu səbəbdən yalançı sözlər belə onları aldada, bədbin əhval-ruhiyyəyə sürükləyə bilər.

TƏRƏZİ BÜRCÜ

Tərəzilər çox nəzakətli və mehribandırlar. İnsanlar onlardan çox tez istifadə edə bilərlər. Tərəzi bürcünün ürəklərini qırmaq asandır. Hər neqativ hadisədə özlərini məhv edirlər. İnsanlara tez güvəndikləri üçün məyus olurlar.

Tərəzilər də çox yaxşı niyyətli olduqları üçün hər kəsi özləri kimi görürlər. Ona görə də insanlar haqqında çox yanılırlar. (publika)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR