İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən qapalı bürclər- Onlar hər şeyi gizli saxlayırlar

Xəbərin ilk yayımlanma saatı: 19.08.2023 (20:11)

Bəzi insanlar sevinc və kədərlərini, qorxu və narahatlıqlarını başqalarına ötürmək istəmir, bunu yaxşı gizlədə bilirlər. Onlar duyğusuz görünməyə çalışır və hər hadisəyə dərhal reaksiya vermirlər.

Musavat.com Sfera.az-a istinadən bu dəfə astrologiyanın ən qapalı bürcləri ilə bağlı məlumatı təqdim edir.

Buğa bürcü - Heç kimə etibar etmir. Bu səbəbdən hisslərini də bölüşməyə açıq deyillər. Onlar insanlara güvənmək məsələsində çox seçicidir.

Qız bürcü - Başqalarının qarşısında dediklərinə, o cümlədən hiss etdirdiklərinə qarşı son dərəcə diqqətli olurlar. Onlar geri çəkilməyi və həssas tərəflərini göstərməməyi üstün tuturlar. Qız bürcü nümayəndələrinin həm də incidilmək qorxusu güclüdür. Bu baxımdan onlar ürəklərini qırmaqdansa, tək qalmağa üstünlük verirlər.

Tərəzi bürcü - Münasibətlərdə ünsiyyətcil olmaqdansa, hisslərini gizlədərək özlərinə qapanmağa üstünlük verirlər. Bəzən ən yaxınlarına belə necə və nə demək lazım olduğunu bilmirlər. Tərəzilər zaman-zaman fikir və hisslərini bölüşmək istəyə bilər, lakin əsasən onları gizli saxlayırlar.

Əqrəb bürcü - Astrologiyanın ən qapalı nümayəndələrindən biridir. Əqrəb bürcü heç vaxt heç kimə güvənmir. Fikirlərinin başqalarına məlum olmasını istəmirlər.

Dolça bürcü - Hisslər və münasibətlərlə bağlı mübahisələr yarananda çox əsəbiləşirlər. Ona görə də şəxsiyyətlərinin bu hissəsini başqalarından gizlətməyə üstünlük verirlər.

Qoç, Əkizlər, Xərçəng, Şir, Oxatan, Oğlaq və Balıqlar isə duyğularını rahat ifadə edə bilirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR