Onlayn ictimai-siyasi qəzet
İyunun 13-də İrana ilk hava hücumunu həyata keçirdikdən sonra İsrail yüksək rütbəli hərbi liderləri və nüvə alimlərini öldürməklə Tehrandakı rejimi parçalamaq və sabitliyi pozmaq məqsədi daşıyan gizli “təhdid kampaniyası”na başlayıb.
Musavat.com xəbər verir ki, üç mənbənin "Washington Post" qəzetinə verdiyi açıqlamalara görə, sözügedən əməliyyat İranın tanınmış rəsmiləri ilə telefon danışıqları vasitəsilə həyata keçirilib.
Əməliyyatda iştirak edən adı açıqlanmayan üç məmurun sözlərinə görə, farsca danışan İsrail təhlükəsizlik işçiləri 20-dən çox yüksək səviyyəli İran rəsmisinə mobil telefonlarla zəng edərək onlara: “Xamneyi rejimini dəstəkləməyi dayandırmasanız, sizin də işiniz bitəcək” - deyə, xəbərdarlıq edib.
ABŞ-ın aparıcı qəzetlərindən olan "Washington Post" bu zənglərdən birinin səs yazısını əldə edib. Hücumların başladığı iyunun 13-də baş tutan danışıqlarda bir İsrail kəşfiyyatçısı iranlı generalı bu sözlərlə hədələyib:
"Sizə xəbər verirəm, arvadınızla və uşağınızla qaçmaq üçün 12 saatınız var. Əks halda, indi siyahımızdasınız".
Daha sonra generalı və ailəsini hər an hədəfə ala biləcəyi təhlükəsi ilə: “Boynunuzdakı damar kimi yaxınıq”, - ifadələri işlədilib.
Görüş zamanı generaldan İran hökuməti ilə əlaqələrini inkar edən videoçarx hazırlayıb 12 saat ərzində onlara göndərməsi istənilib və Telegram ID-si ötürülüb. “Washington Post”un yazdığına görə, sözügedən generalın hələ də sağ olduğu məlumdur.
Çağırışlar nüvə obyektlərinə, silah istehsalı obyektlərinə və raket buraxılış qurğularına zərbə vuran hərbi hücumu müşayiət edən “Rising Lion” adlı daha geniş əməliyyatın bir hissəsi olub. İsrailin kəşfiyyat qrupları aylar əvvəldən İranın içərisinə yerləşdirilib.
İsrailin bəzi məmurlarla, bəzilərinin isə arvadları vasitəsilə məktublar göndərərək onlarla əlaqə saxladığı və Xamneyinin yaxın ətrafına “yüz faiz təsir” göstərdiyi iddia edilir.
Netanyahunun ofisi əməliyyatla bağlı şərh verməkdən imtina edib.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ