Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinə ali lider ayətullah Əli Xameneidən yazılı məktub gətirməyib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələnin şifahi şəkildə müzakirəsi aparılıb.
“Heç bir yazılı sənəd olmayıb. İran rəhbərliyi tərəfindən müəyyən mesajlar olub. Bəli, bu doğrudur”, – deyə Peskov qeyd edib.
İqbal RZAYEV,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ