İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən dəbli bürclər - Hər zaman baxımlı olurlar

Bəzi insanlar xarici görünüşə çox diqqət yetirirlər. Görünüşləri üçün çox səy göstərirlər. Hər zaman gözəl, baxımlı və canlı görünmək istəyirlər. Astrologiyada da belə bürclər mövcuddur.

Həmin bürcləri təqdim edirik:

BUĞA - Görünüşləriylə çox məşğul olurlar. Keyfiyyət və detallara diqqət edirlər. İnsanların gözündə halsız, bitkin və baxımsız görünməyi gözə almırlar. Ona görə də, geyimlər və aksesuarlara çox pul xərcləyirlər. Hər zaman çox yaxşı görünürlər.

ŞİR - Tərz məsələsində çox bacarıqlıdırlar. Diqqət mərkəzində olmağı sevirlər. Eyni zamanda, həmişə necə göründüklərinin fərqində olurlar. Ona görə də, dəbə uyğun olmaq üçün böyük əmək sərf edirlər. Cəsur və diqqət çəkici seçimləri ilə istəklərini reallaşdırırlar.

QIZ - Diqqətcil və detalcıdırlar. İncə ruhlarını nümayiş etdirmək üçün klassik və zamansız parçalara üstünlük verirlər. Tənqidə açıq deyillər. İnsanların təsdiqinə ehtiyac duyurlar. Ona görə də, hər zaman yaxşı görünməyə məcbur hiss edirlər.

TƏRƏZİ - Estetik görünüşə çox önəm verirlər. Xarici görünüşlə bağlı əla fikirləri olur. İncə zövqə malikdirlər. Tərzləri də daxil olmaqla, həyatın bütün sahələrində zəriflik və gözəlliyi yüksək qiymətləndirirlər. Geyimdə də harmoniyaya üstünlük verirlər. Bir-biri ilə əlaqələndirilmiş yaxşı kombinlərlə çıxış etməyi çox sevirlər.

OĞLAQ - Üslübları ilə bağlı çox diqqətlidirlər. Hədəflərinə çatmaq üçün professional və göstərişli geyimə üstünlük verirlər. Sofistik ve iş üslubunda geyinməyi üstün tuturlar. Əslində, çox güvənsizdirlər. Ona görə də, bunu geyim seçimləri ilə örtməyə çalışırlar.

Qoç, əkizlər, xərçəng, əqrəb, oxatan, dolça və balıqların isə necə göründükləri veclərinə deyil. Özlərinə çox güvənirlər. İnsanları cəlb etmək və ya güvənsizliklərini gizlətmək üçün xarici görünüşlərini şişirtmə ehtiyacı duymurlar. (bakupost)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR