İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən çox asılılıq yaradan 2 növ spirtli İÇKİ

Terapevt Olqa Çistik insanlarda ən sürətli asılılıq yaradan spirtli içkilərin araq və viski olduğunu bildirib.

Onun sözlərinə görə, bu içkilər beyinə, sinir sisteminə və daxili orqanlara güclü təsir göstərir, çünki tərkibində yüksək miqdarda spirt var.

Həkim həmçinin qeyd edib ki, pivə də tez aludəçiliyə səbəb ola bilər. Spirt miqdarı az olsa da, insan onu müntəzəm və böyük həcmdə qəbul etdikdə bu, asılılıq yaradır.

Mütəxəssis kokteylləri nisbətən daha az təhlükəli hesab edir, lakin onların tərkibində bir neçə növ spirt olduğu üçün orqanizmə təsiri gözlənilməz ola bilər.

Ümumiyyətlə, həkim istənilən spirtli içkinin sağlamlığa mənfi təsir etdiyini və hətta kiçik dozalarda belə müntəzəm istifadənin asılılıq yaratdığını vurğulayıb.//E-saglam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR