İnsanlara hürriyət, millətlərə istiqlal!

Emrelinin bu paylaşımı "Nürnberq"də etirazlara səbəb oldu - FOTO

Mahir Emrelinin sosial şəbəkə hesabında etdiyi "boz qurd" jesti ilə paylaşımı "Nürnberq" klubunda etirazlara səbəb olub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, almanlar 27 yaşlı hücumçunun yığmanın düşərgəsində belə gündəmə düşdüyünü bildiriblər. II Bundesliqa təmsilçisinin forvardla "Instagram"da paylaşdığı posta görə əlaqə saxladığı yazılıb.

Onun "boz qurd"ların jestini paylaşması səs-küyə səbəb olub. Emreli klubuna repostunun avtomobil qəzasında həlak olan 22 yaşlı azarkeşə başsağlığı verməklə bağlı olduğunu deyib.

Qeyd edək ki, üç gün əvvəl Haitiyə uduzan (0:3) Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR