İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən hücumla bağlı PAYLAŞIM: 8 raket, yüzlərlə PUA... - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin bir neçə vilayətinin gecə saatlarında Rusiya tərəfindən kütləvi hücuma məruz qaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Zelenski bildirib ki, Dnepropetrovsk, Poltava, Sumı, Nikolayev və Kiyev vilayətləri zərər görüb.

Onun sözlərinə görə, əsas hədəf  paytaxt Kiyev olub.

“Ən son məlumata görə, aralarında 6 yaşlı uşaq və onun anasının da olduğu 6 nəfər həyatını itirib. Onlarla insan xəsarət alıb. Hər bir yaralıya yardım göstərilir. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın gecə ərzində Ukraynaya 300-dən çox pilotsuz uçuş aparatı (PUA) və 8 raket atdığını vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR