İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc qadını vəhşicəsinə döyən şəxs sərbəst buraxıldı - ANBAAN VİDEO

Türkiyənin Konya şəhərində bir kişi qadına vəhşicəsinə hücum edib.

Musavat.com xəbər verir ki, qadın yerə yıxılarkən onu təpikləyən təcavüzkar onun qışqırmasına məhəl qoymayaraq döyməyə davam edib.

Dəhşətli anlar saniyə-saniyə kameraya düşüb. Hücum edən şəxs isə saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Hadisə zamanı D.G.-nin uşağı hadisəni mobil telefon kamerası ilə lentə alıb. Kadrlarda uşağın qışqırtısının eşidilməsi hadisənin dəhşətini ortaya qoyub. Qadın ayağa qalxıb müqavimət göstərmək istəyəndə yenidən döyülüb.

Saxlanılan şəxs isə şərti olaraq sərbəst buraxılıb. Döyülən qadın xəstəxanaya aparılıb. Qadına hücum edən şəxsin sərbəst buraxılması sosial mediada geniş müzakirələrə səbəb olub. 

Turan Oruc
Musavat.com

Yere düşen kadını tekmelemeye devam etti! Konya da infial yaratan anlar: Saldırgan serbest bırakıldı 2

Yere düşen kadını tekmelemeye devam etti! Konya da infial yaratan anlar: Saldırgan serbest bırakıldı 1

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR