İnsanlara hürriyət, millətlərə istiqlal!

Emoməli Rəhmon Çin mallarını İran üzərindən Avropaya ötürmək istəyir

Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin Dağlıq Bədəxşan Muxtar Vilayətinə səfəri zamanı maraqlı açıqlama verib.

Musavat.com-un TASS-a istinadən verdiyi məlumata görə, Tacikistan prezidenti vilayəti Çinlə birləşdirən və uzunluğu 92 km olacaq beynəlxalq səviyyəli yolun çəkilişinə 2.5 milyard somoni - 225 milyon dollar ayrıldığını bildirib. Onun sözlərinə görə, yeni çəkilən yol yalnız vilayət üçün deyil, ölkə üçün böyük əhəmiyyət kəsb edir.

E.Rahmon yeni yolun Çindən malların Tacikistan üzərindən Avropaya çatdırılmasına şərait yaradacağını deyib. Marşrutu isə Çin-Tacikistan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa olaraq qeyd edib. Bildirib ki, hökumət tranzit imkanlarını artırmaq üçün bir sıra yeni yollar da salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR