Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Özbəkistanda da “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikintisinə başlayır.
Musavat.com xəbər verir ki, Emin Ağalarov bununla bağlı sosial media hesabında paylaşım etmişdi.
Qeyd edək ki, bir neçə gündür Özbəkistanda səfərdə olan Emin Ağalarov atası Araz Ağalarovla birlikdə turizm mərkəzinin tikiləcəyi ərazidə olublar. Layihənin icrası ilə bağlı rəsmi şəxslərlə görüşlər keçirilib.
Bildirilib ki, “Sea Breeze Uzbekistan” layihəsinin inşasına yaxın günlərdə başlanılacaq.
E. Ağalarov sözügedən layihə ilə bağlı yeni bir paylaşım da edib.
"İlk addımlar. "Sea Breeze" Özbəkistan",-deyə Emin Ağalarov paylaşımında bildirib.
Sözügedən görüntüləri təqdim edirik.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ