Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Emin Ağalarov oğulları Əli və Mikayılla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, o, oğulları ilə birlikdə xoş və səmimi anlarını əks etdirən video yayımlayıb.
Sənətçi həmin görüntüləri bəstəkar-müğənni Murad Arifin “Oğlum” mahnısı fonunda təqdim edib.
Emin Ağalarovun paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Onlar sənətçiyə və ailəsinə xoş arzular diləyiblər, paylaşıma sevgi dolu rəylər yazıblar.
Qeyd edək ki, “Oğlum” mahnısının həm sözləri, həm də musiqisi Murad Arifə məxsusdur. Mahnı ata ilə övlad arasındakı xüsusi bağa həsr olunub.
Könül
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ