Onlayn ictimai-siyasi qəzet
Aktrisa Zümrüd Qasımovanın səhhətində problem yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.
O bildirib ki, əməliyyat olunacaq:
"13 ildir ki, hər 6 aydan bir yoxlanışdan keçirəm. Hər dəfə üzüm gülərək gedirəm. Amma bu dəfə bir əməliyyata ehtiyacım olduğu ortaya çıxdı. Hələ ki, düşünürəm".
Qeyd edək ki, Zümrüd xərçəngdən əziyyət çəksə də, bir müddət öncə sağaldığını açıqlamışdı.
Könül İbrahim
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ