İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ

Görkəmli alim, pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının yaradıcısı və direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.

Bu barədə Metbuat.az-a Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib.

Vida mərasimi Təzə Pir məscidində saat 11-də təşkil olunacaq .

Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətində və təhsilində əvəzsiz yeri olan Tərlan Seyidov yaratdığı Məktəb-studiyaya 43 ildir rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.

Allah rəhmət eləsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR