Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məşhur aktrisası Yelena Kondulaynenin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. 66 yaşlı sənətçi son zamanlar danışıq qabiliyyətinin zəifləməsi və davamlı narahatlıq hissi ilə mübarizə aparır.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kondulaynenin nitqi artıq çətinliklə baş verir və hərəkət etməkdə də böyük çətinliklərlə üzləşir. Aktrisa bədəninin sağ hissəsindəki hissiyatın itməsi, görmə problemləri və qulaqlarında qeyri-adi səs-küylərdən də şikayətlənir.
Həkimə müraciət edən aktrisa daha əvvəl də oxşar əlamətlərlə üzləşib və son iki ay ərzində nitq qabiliyyətini bir qədər bərpa edib. Lakin onun vəziyyəti hələ də ciddi narahatlıq doğurur. O, həmçinin tez-tez ağlamaqdan və psixoloji stressdən əziyyət çəkir.
2020-ci ildə ağır insult keçirən Kondulaynenin həkimləri ona əlavə reabilitasiya kursu təyin ediblər. Dörd ildir ki, o, insultun təsirləri ilə mübarizə apararaq sağlamlığını bərpa etməyə çalışır.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ