İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək bazarında hansı peşələr aktuallığını itirəcək?-Açıqlama

"Bu gün işsizlərin böyük hissəsinin peşə kvalifikasiyası yoxdur. Bu səbəbdən təklif olunan əmək haqları da buna adekvatdır".

Musavat.com-un məlumatına görə DMA-nin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, bunu tənzimləyən əmək bazarıdır: "Dövlətin rolu ən yaxşı halda burada vasitəçi olmaqdır. Təqdim etdiyimiz 175 aktual peşələrin içərisində ən çox müraciət edilən İT sahəsində olanlardır. Turizm və xidmət sektoru, eyni zamanda kənd təsərrüfatı sahəsində peşələr növbəti dövrdə əmək bazarının ən aktual sahələri olacaq. Əmək bazarının daim aktiv təhlili həyata keçirilir.

Universitetlərdə bəzi peşələrə meyllərin azalması müşahidə olunur. Onlar növbəti illərdə əmək bazarından çıxarılacaq. Yeni peşələr daha çox texnoloji, İT və mühəndislikdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR