İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza efirdə QƏZƏBLƏNDİ: “Oğlanların oriyental rəqs etməsi faciədir” - VİDEO

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib.

Qalmaqallı hadisə “Yaxşı deyək, yaxşı eşidək” verilişində baş verib.

Seyidcahan milli rəqslərimizdə qızların və oğlanların rəqsinin fərqli olduğunu söyləyib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb:

“Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu “Tərəkəmə” rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər. Bunu isə biz bəzi məclislərdə görürük.

Bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Biabırçılıqdır. Bu cür gözəl qızı ediblər oğla. Bu cür incə rəqsi nə günə qoyublar? Ana-ata da bilmir, fəxr edirlər ki, bizim qızımız oğlan kimi oynayır. Kişlərin və qızların rəqsi ayrıdır. Roza Cəlilova 90 yaşında elə rəqs edir ki... Bu gördüyümüz faciədir. Deyirlər Elza təhqir edir. Təhqir edirəm ki?”

Elzanın bu çıxışına isə Əməkdar artist Mehriban Xanlarova da haqq qazandırıb. (Bizim.Media)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR