İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlverişsiz hava şəraiti İtaliyada ciddi fəsadlar törədib

İtaliyanın mərkəzində və cənub regionlarında fırtına və leysan yağışları fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Kampaniya, Toskana və Puqliya regionları başda olmaqla, bir çox əyalətdə müşahidə olunan əlverişsiz hava şəraiti fəsadlar törədib. Yüzlərlə ağac magistral yollara aşıb, bəzi evləri su basıb, küçələr, yollar suyun altında qalıb.

Neapolda və Kampaniyadakı bir çox bələdiyyədə sentyabrın 26-da orta məktəblər üçün tətil elan edilib. Kaserta əyalətində “qırmızı”, Kampaniya, Puqliya, Molise və Kalabriyada “narıncı həyəcan” siqnalı verilib.

Yanğınsöndürənlər, hüquq-mühafizə orqanları və yerli polis fəsadların aradan qaldırılmasına cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR