“Biz 25 ilin dostları, bir müəllimin (Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gerayzadə - red.) tələbələriyik. Mən kişi xeylağıyam. Naz kimə yaraşır? Xanıma yaraşır. Röya nazlı xanımdır. Biz dostuq. Naz edirdi, məndə deyirdim ki, yaxşı edir. Nazı xanım etməlidir”.
OLAY yazır ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “Səhər görüşləri” verilişində deyib.
Sənətçi küsülü olduğu Xalq artisti Röya Ayxanla 15 ildən sonra barışmasından danışıb:
“Bizim gözəl görüşümüz oldu. Allah Röyanın oğlu Hüseyni qorusun. Röya məni necə çox istəyirsə mənim doğum günümdə Hüseyni dünyaya gətirib. Biz artı o yaşda deyilik ki, münasibətlərimiz bir-birimizdən uzaq olsun. Bu mümkün deyil. Biz nə qədər də uzun müddət bir-birimizi görməsək də... Bir deyim var, ətimizi yesək də sümüyümüzü atmarıq. Biz nə küsülü nə də ki incikli idik. 15 il idi ki ayrı idik. Küsülülük yox idi. Mən kişi xeylağıyam. Bizim bu camiyədə aslanın dişisi yoxdur. Röya mərd xanımdır. Bunu isə onu tanıdığım üçün deyirəm”.
ŞƏRHLƏRŞƏRH YAZ