İnsanlara hürriyət, millətlərə istiqlal!

Petrosyan: “Ermənistan yeni reallıqlara uyğunlaşmalıdır”

“Cənubi Qafqazda yeni “Vaşinqton formatı” təkcə geosiyasi dəyişiklikləri deyil, həm də böyük güclərin maraqlarını əks etdirir”.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Armen Petrosyan danışıb.

Revanşist Petrosyan iddia edir ki, formatın yaranmasına bir neçə əsas amil təsir edib. O, 2020-ci ildə başa çatan 44 günlük müharibəni “uğursuz sülh cəhdi” kimi təqdim edir və xarici qüvvələrin münaqişəni nəzarətdə saxlaya bilmədiyini iddia edir.

2022-ci ildə Rusiyanın Ukraynaya yönəlməsi ilə bölgədəki təsirinin azalmasının ABŞ və Türkiyəyə imkan yaratdığını vurğulayır, Avropa İttifaqının isə resurslarını Ukraynaya ayırmasını qeyd edir.

Armen Petrosyan Ermənistan və region ölkələrinin “yeni reallıqlara uyğunlaşmalı” olduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR