Onlayn ictimai-siyasi qəzet
Müğənni Elnarə Xəlilova həmkarı Murad Arifin efirlərlə bağlı tənqidi fikirlərinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi həmkarının “Sabaha saxlamayaq” proqramında reytinq anlayışının Azərbaycan reallıqlarına uyğun olmadığını vurğulamasına belə reaksiya verib:
“Qoysunlar məni hər hansı kanala musiqi redaktoru. Gör, necə efiri təmizləyirəm”.
Onun sözlərinə sosial şəbəkə izləyiciləri də dəstək olub.
Murad Arif qeyd edib ki, efirlərdə musiqi və əyləncə mövzusunda ciddi “özbaşınalıq” hökm sürür:
“Reytinq bizə görə deyil. TV-lərdə keyfiyyəti qorumaq çətindir. Bir kanalla olmur. Bir kanal imtina etsə, olmur. Mən ayrılıqda hansısa kanalı qınaya bilmərəm, amma mən o vəziyyəti qınayıram ki, efirlərdə janr balansı pozulub, bayağılıq və bəsitlik hər efirin məcburiyyətinə çevrilib”.
Könül
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ