Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan, dünyaca məşhur hüquqşünas və beynəlxalq insan haqları müdafiəçisi Robert Amsterdam təcili səfərlə Ermənistana gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Amsterdam əsas missiyası kimi kilsəni və onun qiymətləndirməsinə görə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş xristianları müdafiə etməyi göstərib.
“Əgər öz kilsəsini və ölkəsini sevən mömin insanlar – məsələn, Samvel Karapetyan kimi şəxslər – onların biznesinə qanunsuz basqın edilirsə, deməli, nəsə qaydasında deyil. Hökumətlə kilsə arasında dialoq zəruridir. Ümid edirəm ki, bu dialoq başlayacaq, bu ittihamlar ləğv olunacaq və prosesin nəticəsində kilsə qorunacaq”, - deyə o bildirib.
Robert Amsterdamın sözlərinə görə, kilsə Ermənistanda dinin, dilin qorunmasında, eləcə də xristianlığı qəbul edən insanların həyatında – yalnız Ermənistanda deyil – mühüm rol oynayır.
“Bütün xristanlar Ermənistanda kilsəni müdafiə etməyə borcludur. Mən Ukraynada kilsəni müdafiə edirəm, 45 il əvvəl orada pravoslav kilsəsini müdafiə etmişdim. Təəssüf ki, bu gün kilsənin hücuma məruz qaldığı ölkələrin siyahısı mövcuddur. Məncə, kilsəni və hüququn aliliyini müdafiə etməkdən daha müqəddəs bir borc yoxdur. Yaş artdıqca kilsə və din insan həyatında daha mühüm yer tutur”, - Amsterdam əlavə edib.
Qeyd edək ki, Robert Amsterdam müxtəlif ölkələrdə bir sıra ictimai-siyasi xadimlərin və fəalların müdafiəsi ilə tanınır.
O, məşhur rusiyalı iş adamı və müxalifətçi Mixail Xodorkovskinin vəkili olub, buna görə Rusiyada saxlanılıb. 2003-cü ildə Amsterdam Rusiyanın ən varlı adamı və prezident Vladimir Putinin əsas rəqibi kimi təqdim olunan Mixail Xodorkovskinin müdafiəsində iştirak edib.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ