İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya BMT Baş Assambleyasında Fələstini tanımağı planlaşdırır

Avstraliyanın baş naziri Entoni Albanese sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanımaq planlarını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir HƏMAS-ın gələcək Fələstin dövlətində rol oynamamalı olduğunu vurğulayıb.

“Hökumətimiz açıq şəkildə bildirdi ki, HƏMAS terrorçuları gələcək Fələstin dövlətində heç bir rol oynaya bilməzlər”, - Avstraliyanın baş naziri Entoni Albanese bildirib.

2024-cü ilin iyul ayının sonuna olan məlumata görə, Fələstin dövləti BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən rəsmən tanınıb. Bu il Fransa, Böyük Britaniya və Kanadanın hakimiyyət orqanları da Fələstini tanımaq niyyətlərini açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR