İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarova SÖZ ATDI: "Sən necə də çoxüzlüsən"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "facebook" hesabında xələfi Elmar Məmmədyarova söz atıb.

Musavat.com xəbər verir ki, o, Məmmədyarovun Rusiyanın agenti olmasına eyham vurub:

“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin yutub kanalında məni əvəz edəcək. Ah, “Rus evi”, sən necə də çoxüzlüsən”, - deyə Tofiq Zülfüqarov bildirib.

Xatırladaq ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yaymışdı. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

E.Məmmədyarov mətbuata bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:"Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar.

Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç hir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, mən bu ölkələrin agenti adlandırmalıdırlar?!".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR