İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlil arabasında olan Tağı Əhmədovun SON GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır.

O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir.

Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.

Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb.

Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir.

Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR