İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədovdan daha bir QƏRAR

Nazirlər Kabineti 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda və 5 fevral 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri 5 gün ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumat verəcəklər.

Bundan başqa, vergi ödəyiçisi AYNA növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verməlidir.

AYNA “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi məlumat verməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR