Onlayn ictimai-siyasi qəzet
Gəncədə döyülərək öldürülməsi iddia edilən Elgün İbrahimovun anası Fizzə Zeynalova oğlunun ölümü ilə bağlı TV Musavat-a danışıb.
O bildirib ki, oğlu döyülərək öldürülüb.
Musavat.com Fizzə Zeynalovanın müsahibəsini təqdim edir:
Xatırladaq ki, Elgün İbrahimov bir neçə gün əvvəl Azərbaycan Texnologiya Universitetinin istifadə olunmayan yataqxanasının qarşısında tapılıb.
Onun iniltilərini yaxınlıqda yerləşən peşə məktəbinin gözətçisi eşidib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək Elgünü xəstəxanaya çatdırıblar.
Lakin o, ertəsi gün dünyasını dəyişib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ