Onlayn ictimai-siyasi qəzet
"Əməliyyat olunan Xalq artisti Şahnaz Haşımova yaxın 4 gün ərzində xəstəxanadan evə buraxıla bilər".
Bu barədə Teleqraf-ın Qərb bürosuna Ş.Haşımovanın oğlu Tural Abdullayev bildirib.
"Əməliyyatın ilk günündən fərqli olaraq bu gün özünü daha yaxşı hiss edir. Həkimlər Şahnaz xanımın nə zaman xəstəxanadan evə buraxılacağını dəqiq bilmir. Amma mənə verilən məlumata görə, müalicə bu cür davam etsə, yaxın 4 gün ərzində evə buraxılacaq", - deyə T. Abdullayev qeyd edib.
Qeyd edək ki, Xalq artisti iki gün öncə Gəncədəki özəl xəstəxanaların birində əməliyyat olunub.
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ