Onlayn ictimai-siyasi qəzet
Mərhum Əməkdar artist Ələkbər Hüseynovun qızı Nərgiz ailə qurur.
Nərgiz bu gün saksofon ifaçısı Camal Bayramlı ilə nikah masasına əyləşib.
O, məclisdən olan görüntüləri sosial media hesabında yayımlayaraq "14.07.2024" qısa şərhini yazıb.
Qeyd edək ki, "Ələkbər əmi" kimi tanınan aktyorun qızı skripka ifaçısıdır. Cütlüyün nişan mərasimi bu ilin iyununda olub.
Onların toyu sentyabrın 23-də şəhər restoranlarından birində keçiriləcək.
Ələkbər Hüseynov 2007-ci ildə vəfat edib. (Axşam.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ