İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elə bildim ki, sayılı günlərim qalıb"

Əməkdar artist Aybəniz Haşımova səhhətindəki problemdən danışıb.

Müğənni "Xəzərin sahilində" verilişində depressiyaya düşdüyünü deyib:

"Yaşa dolduqca hər zərbənin üzərində dik dayanıb dərdin üstünə yeridiyim oldu. Onda başa düşdüm ki, dərd qarşımda məğlub olduqca güclüyəm. Amma heç elə güclü olmaq istəmirdim. Bir il bundan əvvəl məndə tükənmişlik əmələ gəldi. Mənə elə gəlirdi ki, artıq tükənirəm, bitirəm, son sayılı günlərim qalıb. Nəyə görə isə ona doğru gedirəm. Birdən qəribə bir səs eşitdim. Bilmirəm bu nə idi... O səs mənə "Dur ayağa" dedi. Çünki mən hələ belə olmamışdım. Hələ belə tükənməmişdim". /Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR