Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O, ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və institutun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən bildirib:
“Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir”.
Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ