İnsanlara hürriyət, millətlərə istiqlal!

El-Nino bunu da etdi

Güclü quraqlıq Panama kanalında yağışlar mövsümündə suyun kəskin azalmasına gətirib çıxarıb.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, kanalda suyun səviyyəsinin aşağı düşməsi maye qaz – LNG daşıyan tankerlərin uzunmüddətli vaxt itirməsinə səbəb olur.

Norton Lilly gəmi şirkətinin məlumatına əsasən iyulun 10-dan bəri Panama kanalında LNG gəmilərinin gözləmə müddəti 8 gündən 18 günə qədər artıb. Bundan əlavə, Xeneta şirkətinin məlumatına əsasən 12 metrlik konteynerin Çindən Meksika körfəzinə təcili göndərilməsi xərci 36 faiz artaraq 2,4 min dollara çatıb.

Daşımaçılıq şirkətlərindən qəzetə bildirilib ki, quru konteyner gəmiləri Panama kanalından keçmək üçün vaxtı bir neçə ay əvvəldən bron etdiklərinə görə LNG tankerlərinin kanaldan keçidində fasilələr getdikcə artacaq. Bəzi konteyner daşıyıcılarına yükləri Asiyadan ABŞ-a Süveyş kanalı yolu ilə daşımaq təklif olunur. Lakin bu, çatdırılma müddətini həftələrlə artıra bilər.

Qeyd edək ki, Panama kanalında suyun səviyyəsinin azalması son yüz ildə ən güclü quraqlıq nəticəsində kanala su vurulan şirin su anbarlarında suyun miqdarının kəskin düşməsi ilə bağlıdır. Buna da gətirən əsas səbəb El-Nino cərəyanıdır: onun təsiri ilə Sakit okeanda su qızır və yağntılar azalır. Bu hal hər 2-7 ildən bir təkrarlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR