İnsanlara hürriyət, millətlərə istiqlal!

Əl-Cəzirə: Livanda partlayan peycerlər əvvəlcədən minalanmışdı

Livanda partlayan peycerlər partlamadan çox əvvəl minalanmış imiş.

Musavat.com xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. Telekanalın Livan təhlükəsizlik güclərindəki mənbəsinin sözlərinə görə, hər bir qurğuda olan partlayıcının çəkisi “20 qramı keçməyib”. Kanalın həmsöhbəti peycerlərin beş ay əvvəl idxal edildiyini açıqlayıb. Hazırda səlahiyyətlilər partlayıcının necə aktivləşdirildiyini araşdırır.

Sky News Arabia öz mənbəsinə istinadən xəbər verir ki, İsrail kəşfiyyat agentliyi partlayıcını peycer batareyalarına yerləşdirmiş ola bilər. Mənbənin sözlərinə görə, İsrail təhlükəsizlik qüvvələri uzaqdan batareyaların temperaturunu o qədər artıra biliblər ki, bu, partlayışlara səbəb olub.

Qeyd edək ki, sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib. O, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib. Partlayışlar nəticəsində 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb. Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub. 

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR