İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadorda daha bir prezidentliyə namizəd qətlə yetirilib

Ekvadorda prezidentliyə namizəd, “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones öz evinin yaxınlığında öldürülüb.

Məlumatı siyasətçinin partiyadakı tərəfdaşları ictimailəşdiriblər.

Siyasi qətl Ekvadorda prezidentlik yarışının başlamasına bir həftə qalmış törədilib.

Hələlik qətlin digər təfərrüatı açıqlanmır.

Xatırladaq ki, bu, Ekvadorda son həftədə öldürülən ikinci prezidentliyə namizəddir.

Avqustun 10-da prezidentliyə digər namizəd Fernando Villavisensio qətlə yetirilmişdi.

Ekvadorda prezident seçkisi avqustun 20-nə təyin edilib.

Mənbə: Dw.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR