İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən şok açıqlama: “Bizə tabe olmayacaqlarsa, ölkəmizi tərk etməlidirlər”

 

“Laçın yolunda Azərbaycan ictimaiyyət nümayəndələrinin, ekofəalların dinc aksiyasının davam etməsi bəzi ölkələrin və beynəlxalq qurumların diqqətini çəkməkdədir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Bildirdi ki, ermənilər dinc oturmaq niyyətində olmadıqlarını davamlı şəkildə nümayiş etdirirlər. Ekspert qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının məsələni müzakirə etməsi və bəyanat qəbulu da erməni hay-küyünün məntiqi nəticəsidir. Ancaq qurumun Azərbaycan əleyhinə ciddi qərar çıxması ehtimalının olmadığını bildirdi:

“Təhlükəsizlik Şurası üzvlərindən biri, Rusiya bu işin içindədir və bilir ki, burada “humanitar katastrof” yoxdur, yol humanitar yüklərə açıqdır. Digər Təhlükəsizlik Şurası üzvləri də Azərbaycanın ərazi bütövlüyü anlayışından buradakı durumdan xəbərsiz deyillər”.

 Politoloq bildirdi ki, heç bir ölkənin sərhədləri , onun keçid yolları bazar yolu ola bilməz: “Ermənilər bu yolla separatçı niyyətlərini həyata keçirə bilməyəcəklərini Azərbaycan ortaya qoyub və sərvətlərimizin talanına imkan verilməyəcək. Bu dünyaya önəmli mesaj oldu. İndi bu aksiyanın davamı olaraq nələri həyata keçirəcəyimizi düşünməliyik. Ermənilər özlərini cırırlar ki, Azərbaycanın məqsədi Qarabağda yaşayan əhalini bu yolla yerlərindən çıxarmaqdır. Bəli, onlar bizə tabe olmayacaqlarsa, ölkəmizi tərk etməlidirlər! Harada görünüb ki, düşmənçilik edən bir toplum rahat nəfəs alsın və istədiyi zaman təxribatlarla sənə təhlükə törətsin?”

Q.Çaxmaqli dedi ki, bu məsələ Azərbaycanın daxili problemi kimi həll edilməlidir: “Şəraitə görə, öncə Laçın yolunda bizim postların qoyulmasına nail olunmalıdır. Bunun olması üçün əlimizdə yetərli əsaslar var. Bu yolla Qarabağa heç də humanitar yüklərin daşınmadığı gerçəyi ortadadır. Azərbaycanın qızılının, misinin, molibdeninin qanunsuz istismarı faktları da bizim haqlı olduğumuzu ortaya qoyur”.

Ekspertin sözlərinə görə, 11 gündür davam edən aksiyalarımızı dövlət orqanlarının qərarlı addımları əvəz etməlidir: “Əgər burada biz dediyimiz olmayacaqsa, bundan sonrakı məsuliyyət 10 noyabr 2020-ci il bəyanatını imzalayan dövlətlərin üzərini düşəcək”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR