İnsanlara hürriyət, millətlərə istiqlal!

EKSKLÜZİV! Moldovanın Türkiyədəki qaqauz səfiri elə açıqlamalar verdi ki... - VİDEO

TAİB təşkilatının (Türk Ağsaqqalları İctimai Birliyi) Türkiyə səfəri çərçivəsində Moldovanın Ankaradakı səfirliyində görüş keçirilib.

Musavat.com xəbər verir ki, Moldovanın Türkiyədəki səfiri Dmitri Kroitor qonaqları səmimi qarşılayıb və bütün söhbətləri qaqauz türkcəsində aparıb.

Dmitri Kroitor Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı qələbədən söz açaraq bu tarixi nailiyyətin dünyadakı bütün türklərə qürur hissi yaşatdığını vurğulayıb.

WhatsApp Image 2022-12-05 at 15.29.41.jpeg (79 KB)

TAİB sədri, professor Sudeyif İmamverdiyev səmimi qarşılanmaya və xoş münasibətə görə səfirə təşəkkürünü bildirərək rəhbərlik etdiyi ictimai birliyin məqsəd və məramlarından, eləcə də həyata keçirilən layihələrdən söz açıb. TAİB nümayəndələrinin Qaqauz elinə də səfər etdiyini bildirən Sudeyif İmamverdiyev orada keçirilmiş görüşlərdən və mövcud əlaqələrdən geniş şəkildə bəhs edib.

Kroitor TAİB həmsədri Hulusi Kılıça da xüsusi təşəkkür edib.

WhatsApp Image 2022-12-05 at 15.29.51.jpeg (72 KB)

"Biz ona qaqauzların babası deyirik", söyləyən səfir H. Kılıçın fəaliyyətini, Qaqauz xalqı qarşısındakı xüsusi xidmətlərini qeyd edib.

Xatırladaq ki, Hulusi Kılıç 2016-2018-ci illərdə Türkiyənin Moldovodakı səfiri kimi fəaliyyət göstərib.

TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç səfir Dmitri Kroitorla dostluq münasibətlərindən söz açaraq gələn il TAİB-in Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq beynəlxalq konfrans keçirəcəyinə dair ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətinə Qaqauz xalqının hekayəsini anladan səfir bildirib ki, əgər Türkiyə və o zamankı prezident Süleyman Dəmirəl olmasaydı, qaqauzlar indi məhv olmuşdular.

Səfir Dmitri Kroitor Azərbaycandan da yardım istəyib:

WhatsApp Image 2022-12-05 at 15.30.15.jpeg (66 KB)

"Avropanın mərkəzində qərar tutmuş qaqauz türklərinin qorunması, güclənməsi üçün bütün türk topluluqları əllərindən gələni etməlidir. Güclü və qalib Azərbaycanın da bizi himayə etməsi önəmlidir".

Səfir onu da qeyd edib ki, Moldova hökuməti ilə qaqauzların heç bir problemi yoxdur:

"Bunun bir sübutu kimi, məni görə bilərsiniz. Moldovanı Türkiyədə bir qaqauz türkü təmsil edir".

Səfir qaqauzların dil məsələsi və assimilyasiya probleminə də toxunub. Həmin məqamın video parçasını təqdim edirik:

Nümayəndə heyətinin tərkibində olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz növbəsində Moldova ilə bağlı xatirələrini bölüşərək türk dünyası üçün aktual olan məsələlərdən söhbət açıb.

Görüşdə iştirak edən TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də səmimi qarşılanmaya və təsirli anlarla yadda qalan söhbətə görə səfir Dmitri Kroitora təşəkkür ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR